XİN başçısının müavini Azərbaycanın ÜTT-yə üzvlüyünün uzanmasının əsas səbəblərini açıqlayıb

XİN başçısının müavini Azərbaycanın ÜTT-yə üzvlüyünün uzanmasının əsas səbəblərini açıqlayıb Mahmud Məmmədquliyev: "Azərbaycan ÜTT-lə danışıqlara hələ hazır deyil"
Xarici siyasət
3 Dekabr , 2015 10:12
XİN başçısının müavini Azərbaycanın ÜTT-yə üzvlüyünün uzanmasının əsas səbəblərini açıqlayıb

Bakı. 3 dekabr. REPORT.AZ/ “Azərbaycanın Ümumdünya Ticarət Təşkilata üzvlük məsələsi ona görə uzanır ki, biz onlara lazım olan sənədləri təqdim etməmişik”.

“Report”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

Nazir müavini qeyd edib ki, ÜTT-nin öz qaydaları var: "Onlar qarşımızda suallar, təkliflər qoyublar, amma biz hələ onlara cavab verməmişik”.

M.Məmmədquliyev onu da əlavə edib ki, Azərbaycan ÜTT-lə danışıqlara hələ hazır deyil. “Bizim məqsədimiz ondan ibarətdir ki, əvvəlcə iqtisadiyyatımızı şaxələndirək, sonra da danışıqları intensivləşdirək”.

Son xəbərlər

Orphus sistemi