XİN başçısı: "Ermənistanın infrastrukturu Azərbaycanla müqayisə edilə bilməz"

XİN başçısı: "Ermənistanın infrastrukturu Azərbaycanla müqayisə edilə bilməz" "İlin sonuna qədər dəmir yolu körpüsü inşa ediləcək və dəmir yolu xəttinin İrana çıxışı təmin ediləcək"
Xarici siyasət
18 Mart , 2016 10:13
XİN başçısı: Ermənistanın infrastrukturu Azərbaycanla müqayisə edilə bilməz

Bakı. 18 mart. REPORT.AZ/ "Yerevan özü "Şimal-Cənub" nəqliyyat dəhlizində hansı formada iştirak edə biləcəyini müəyyənləşdirməlidir".

"Report" xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov "Kommersant" qəzetinə müsahibəsində deyib.

Nazirin sözlərinə görə, Azərbaycan nümayəndə heyəti bu yaxınlarda Tehrandan qayıdıb və orada heyət üzvləri bu layihənin Rusiya, Azərbaycan və İran arasında həyata keçirilməsinə böyük maraq göstərdiklərini qeyd ediblər.

"Amma Azərbaycan və Ermənistanın dəmir yolu və nəqliyyat infrastrukturunu müqayisə etsək, səviyyəcə onlar müqayisə olunmazdır. Bizim dəmir yolu xəttimiz düz İranla sərhədə qədərdir. İlin sonuna qədər dəmir yolun körpüsü inşa ediləcək və dəmir yolu xəttinin İrana çıxışı təmin ediləcək. İran tərəfi isə yaxın iki il ərzində Xəzər dənizi sahili boyunca Rəştdən (İran) Astaraya (Azərbaycan) qədər dəmir yolu xəttinin inşasını bitirməyi planlaşdırır. Söhbət real, artıq mövcud olan infrastrukturdan gedir", - deyə E.Məmmədyarov bildirib.

Son xəbərlər

Orphus sistemi