XİN başçısı: "Dağlıq Qarabağ münaqişəsi Avstriyanın ATƏT sədrliyi dövründə prioritet olacaq"

XİN başçısı: "Dağlıq Qarabağ münaqişəsi Avstriyanın ATƏT sədrliyi dövründə prioritet olacaq" Avstriya 2017-ci ildə ATƏT sədrliyi dövrü üçün prioritetlərini açıqlayıb
Xarici siyasət
14 İyul , 2016 12:42
XİN başçısı: Dağlıq Qarabağ münaqişəsi Avstriyanın ATƏT sədrliyi dövründə prioritet olacaq

Bakı. 14 iyul. REPORT.AZ/ Avstriya 2017-ci ildə ATƏT sədrliyi dövrü üçün prioritetlərini açıqlayıb.

"Report" xəbər verir ki, ATƏT-in Vyanada keçirilən konfransında söz alan Avstriya xarici işlər naziri Sebastyan Kurts çıxşının əvvəlində ATƏT regionunun üzləşdiyi üç əsas təhdidi açıqlayıb.

"Birincisi, hərbi mübahisələrin pisləşməsidir. Onların həlli üçün birlikdə çalışmalıyıq. İkincisi, radikalizm və terrorizm kimi daxili təhdidlərdir. Üçüncüsü, ATƏT üzvləri arasında etimadın itirilməsidir. Ukraynanın şərqində baş verən münaqişə zamanı bu özünü açıq-aydın göstərdi", - deyə o bildirib.

S.Kurts Ukrayna münaqişəsinin Avstriyanın sədrliyi dövründə prioritet olaraq qalacağını vurğulayıb. Bununla yanaşı, XİN başçısı bu yanaşmanın ATƏT regionunda digər həll olunmamış münaqişələr üçün də keçərli olduğunu bildirərək, Dağlıq Qarabağda vəziyyətin gərginləşdiyini xatırladıb. O, bu münaqişələrin, eləcə də Dnestryanı, Abxaziya və s. münaqişələrin həllində irəliləyişə nail olmaq üçün dialoqa davam etməyi məsləhət görüb.

S.Kurts, həmçinin Avropaya miqrasiya axını probleminə də toxunub. O bildirib ki, bu problemi həll etmək üçün səyləri artırmaq lazımdır.

Qeyd edək ki, 2017-ci il yanvarın 1-dən ATƏT-ə sədrlik Almaniyadan Avstriyaya keçəcək.

Son xəbərlər

Orphus sistemi