XİN başçısı: "Azərbaycan Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşdırılmasında hamıdan çox maraqlıdır"

XİN başçısı: "Azərbaycan Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşdırılmasında hamıdan çox maraqlıdır" "Bu məsələni həm türkiyəli, həm də rusiyalı həmkarlarımla müzakirə edirəm"
Xarici siyasət
18 Mart , 2016 09:44
XİN başçısı: Azərbaycan Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşdırılmasında hamıdan çox maraqlıdır

Bakı. 18 mart. REPORT.AZ/ "Həm Rusiya, həm də Türkiyə ilə yaxşı əlaqələri olan Azərbaycan Rusiya-Türkiyə münasibətlərinin ən qısa zamanda tam normallaşmasında hamıdan çox maraqlıdır".

"Report" xəbər verir ki, bunu "Kommersant" qəzetinə müsahibəsində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Bu məsələdə Bakının necə vasitəçilik rolunu oynaya biləcəyindən danışan E.Məmmədyarov bildirib: "İstənilən halda mən bu məsələni həm türkiyəli, həm də rusiyalı həmkarlarımla müzakirə edirəm. Türkiyənin Rusiya təyyarəsini vurmasıyla bağlı xoşagəlməz olaydan sonra məsələ ilə bağlı dəfələrlə Sergey Lavrovla müzakirələr aparmışıq. Baş verənləri unudub irəli addımlamaq lazım gəldiyi nə qədər tez anlaşılsa, hamı üçün bir o qədər yaxşı olar".

Son xəbərlər

Orphus sistemi