XİN: Azərbaycan vətəndaşları Ankaradakı terror aktı zamanı xəsarət almayıb

XİN: Azərbaycan vətəndaşları Ankaradakı terror aktı zamanı xəsarət almayıb "Hazırda terror aktı zamanı xəsarət alan Azərbaycan vətəndaşları barədə heç bir məlumat yoxdur"
Xarici siyasət
18 Fevral , 2016 12:30
XİN: Azərbaycan vətəndaşları Ankaradakı terror aktı zamanı xəsarət almayıb

Bakı. 18 fevral. REPORT.AZ/ Ankarada törədilən terror aktı zamanı Azərbaycan vətəndaşları xəsarət almayıb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

"Hazırda terror aktı zamanı xəsarət alan Azərbaycan vətəndaşları barədə heç bir məlumat yoxdur", - deyə o bildirib.

Qeyd edək ki, dünən axşam Ankarada hərbi yataqxananın yaxınlığında baş vermiş partlayış nəticəsində 28 nəfər ölüb, 60-dan çoxu yaralanıb.

Son xəbərlər

Orphus sistemi