XİN: Azərbaycan Parisdə törədilən dəhşətli terror aktlarını qəti şəkildə qınayır

XİN: Azərbaycan Parisdə törədilən dəhşətli terror aktlarını qəti şəkildə qınayır "Terrorizmdən əziyyət çəkən dövlət kimi, A​zərbaycan terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini qəti şəkildə dəstəkləyir"
Xarici siyasət
14 Noyabr , 2015 10:43
XİN: Azərbaycan Parisdə törədilən dəhşətli terror aktlarını qəti şəkildə qınayır

Bakı. 14 noyabr. REPORT.AZ/ "Azərbaycan Xarici İşlər Nazirliyi Paris şəhərində törədilən və çoxsaylı insan itkisinə və yaralanma hallarına səbəb olmuş dəhşətli terror aktlarını qəti şəkildə qınayır". 

"Report" xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda belə deyilir. 

XİN-in bəyanatında qeyd olunub ki, bu terror aktları nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və dost Fransa xalqı ilə həmrəyliyimizi bir daha bildiririk: "Həmçinin, yaralananların tezliklə şəfa tapmasını diləyirik.

Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini qəti şəkildə dəstəkləyir".

Son xəbərlər

Orphus sistemi