Nazir müavini: "Xəzərin hüquqi statusu haqqında Konvensiya layihəsinin təxminən 80%-i razılaşdırılıb"

Nazir müavini: "Xəzərin hüquqi statusu haqqında Konvensiya layihəsinin təxminən 80%-i razılaşdırılıb" Konvensiyanın 6 bəndi tam razılaşdırılıb
Xarici siyasət
5 Mart , 2015 15:27
Nazir müavini: Xəzərin hüquqi statusu haqqında Konvensiya layihəsinin təxminən 80%-i razılaşdırılıb

Bakı. 5 mart. REPORT.AZ/ "Xəzərin hüquqi statusu haqqında Konvensiya layihəsi bəndlərinin böyük hissəsi razılaşdırılıb. Mən deyərdim ki, Konvensiya layihəsinin təxminən 80%-i razılaşdırılıb".

"Report" xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Xəzərin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması ilə bağlı Xüsusi İşçi Qrupunun 39-cu iclasının yekunlarına dair mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bir sıra detallar razılaşdırılmayıb, onların üzərində işin Xüsusi İşçi Qrupunun növbəti iclası zamanı tamamlanması planlaşdırılır. Nazir müavini qeyd edib ki, proses qarşılıqlı etimad və dostluq ab-havası şəraitində kecir. 

İran xarici işlər nazirinin müavini İbrahim Rəhimpur deyib ki, görüş zamanı Konvensiyanın 6 bəndi tam razılaşdırılıb.

Jurnalistlərin boru kəmərlərinin və kabelin Xəzər dənizinin dibi ilə çəkilməsi məsələsinin sənəd layihəsinə daxil edilib-edilməməsi haqqında sualını şərh edən Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov bildirib ki, bu məsələ layihədə əksini tapıb və hazırda müzakirə olunur.

Son xəbərlər

Orphus sistemi