Bakıda Xəzər regionunun geosiyasəti üzrə konfrans keçiriləcək

Bakıda Xəzər regionunun geosiyasəti üzrə konfrans keçiriləcək NATO Beynəlxalq məktəbi aprelin sonunda konfrans təşkil edəcək
Xarici siyasət
5 Mart , 2015 16:50
Bakıda Xəzər regionunun geosiyasəti üzrə konfrans keçiriləcək

Bakı. 5 mart. REPORT.AZ/ Azərbaycanda NATO Beynəlxalq məktəbi (NİSA) aprelin sonunda Bakıda "Xəzər regionunun geosiyasi xülasəsi: Azərbaycan üçün yeni rol" mövzusunda konfrans təşkil edəcək. 

NİSA-dan "Report"a bildiriblər ki, konfransın məqsədi Xəzər regionunda geosiyasi vəziyyətin, siyasi arxitekturanın inkişafının, regionda imkanlar və təhlükəsizlik məsələlərinin müzakirəsidir. 

Həmçinin Xəzər regionunun Avrasiya və qlobal təhlükəsizliyi kontekstində rolu müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi