Xələf Xələfov: "Xəzər dənizi regional layihələrin mühüm tərkib hissəsidir"

Xələf Xələfov: "Xəzər dənizi regional layihələrin mühüm tərkib hissəsidir" "Azərbaycan Xəzərin hüquqi statusunun ölkələrin suveren hüquqlarına hörmətlə yanaşma ruhunda həll olunmasının tərəfdarıdır"
Xarici siyasət
4 Mart , 2015 11:20
Xələf Xələfov: Xəzər dənizi regional layihələrin mühüm tərkib hissəsidir

Bakı. 4 mart. REPORT.AZ/ "Azərbaycan Xəzərin hüquqi statusunun Xəzəryanı ölkələrin suveren hüquqlarına hörmət və qarşılıqlı faydalı əməkdaşlıq prizmasından yanaşaraq həll edilməsinin tərəfdarıdır". "Report" xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Xəzər məsələləri üzrə Xüsusi İşçi Qrupunun 39-cu iclasının açılışında bildirib. 

Nazir müavini qeyd edib ki, 2010-cu ildə Bakıda keçirilən Xəzəryanı ölkələrin III Sammiti Xəzərin hüquqi statusunun əsas istiqamətləri üzrə məsələlərin həlli  ilə bağlı danışıqlar prosesinə yeni təkan verib. X.Xələfov, həmçinin əlavə edib ki, ötən il Həştərxanda baş tutan Xəzəryanı dövlətlərin başçılarının sammiti tərəflərin mövqelərinin yaxınlaşmasına səbəb olub. 

O, ölkələr arasında qarşılıqlı etimadın olmasınının əhəmiyyətini vurğulayıb: "Yenidən bütün tərəflərin maraqlarının qorunması və bir-birimizə zərər vurmama, həmçinin təhlükə yaratmama şərtlərini nəzərə almaqla, Xəzərdə sabitliyin təmin olunmasının vacibliyini qeyd edirəm".

Nazir müavininin sözlərinə görə, Xəzər dənizi nəqliyyat dəhlizlərində əhəmiyyətli rol oynayır və regional layihələrin mühüm tərkib hissəsidir. Bununla əlaqədar o, Xəzər dənizi, Qara dəniz və Aralıq dənizlərini birləşdirən layihələrin həhaya keçirilməsini, eləcə də Bakı-Tbilisi-Ərzurum qaz kəməri, həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin həyata keçirilməsini nəzərə çatdırıb. "Bu cür layihələr Xəzər regionu ölkələrinin iqtisadi inkişafı və rifahına xidmət edəcək", - X.Xələfov bildirib. 

Son xəbərlər

Orphus sistemi