Xarkovda Xocalı soyqırımı qurbanları anılıb

Xarkovda Xocalı soyqırımı qurbanları anılıb Görüş-rekviyem zamanı 1992-ci ilin hadisələri haqqında sənədli film nümayiş etdirilib
Xarici siyasət
25 Fevral , 2016 05:58
Xarkovda Xocalı soyqırımı qurbanları anılıb

Bakı. 25 fevral. REPORT.AZ/ Poltava İqtisadiyyat və Ticarət Universitetində (XİTU) Xocalı faciəsinə həsr olunmuş görüş-rekviyem keçirilib. Tədbir Azərbaycanın Xarkovdakı fəxri konsulluğu və XİTU nəzdində fəaliyyət göstərən Bakı Slavyan Universitetinin Azərbaycan Tədris-Mədəni Mərkəzi (ATMM) tərəfindən təşkil olunub.

Öz çıxışında Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanov qeyd edib ki, 26 fevral - Azərbaycanda milli hüzn günüdür, çünki həmin gün erməni silahlı birləşmələri Xocalı şəhərinin azərbaycanlı əhalisini kütləvi şəkildə qətlə yetiriblər. Bu, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə törədilmiş ən böyük və amansız qətliamdır. Hər il fevralın 26-da Azərbaycan xalqı Xocalının günahsız qurbanlarının xatirəsini yad edir.

Görüş-rekviyem zamanı 1992-ci ilin hadisələri haqqında sənədli film nümayiş etdirilib.

Sonra Poltava İqtisadiyyat və Ticarət Universitetinin rektoru Aleksey Nestulya çıxış edib. Rektor belə tədbirlərin çox vacib olduğunu, Ukrayna xalqının hamılıqla Azərbaycanın dərdini bölüşdüyünü qeyd edib.

ATMM-in direktoru Yaşar Alxasov Azərbaycandakı multimədəni mühit haqqında məlumat verib. O bildirib ki, münaqişələrin və qətliamların qarşısının alınması naminə gənclər həmrəy olmalıdırlar.

Görüş zamanı Azərbaycanın fəxri konsulu məhsuldar əməkdaşlıqda fərqlənmiş şəxslərə fəxri fərmanlar təqdim edib.

Son xəbərlər

Orphus sistemi