"Washington Post": Azərbaycan Xəzər dənizi hövzəsində İŞİD-ə qarşı mübarizədə ABŞ-ın yeganə tərəfdaşıdır

"Washington Post": Azərbaycan Xəzər dənizi hövzəsində İŞİD-ə qarşı mübarizədə ABŞ-ın yeganə tərəfdaşıdır Azərbaycan Rusiya və Qərblə arasındakı xarici siyasətini ehtiyatla tənzimləyib
Xarici siyasət
21 Yanvar , 2016 12:39
Washington Post: Azərbaycan Xəzər dənizi hövzəsində İŞİD-ə qarşı mübarizədə ABŞ-ın yeganə tərəfdaşıdır

Bakı. 21 yanvar. REPORT.AZ/ Türkmənistan Avropaya qaz tədarükünü həyata keçirəcək Transxəzər qaz kəmərini inşa edə bilsə, Azərbaycan dünya üzrə enerji resurslarının bazarında daha vacib oyunçu ola biləcək.

"Report" xəbər verir ki, bu barədə "Washington Post"da dərc olunan məqalədə deyilir.

"Amerika şirkətləri həqiqətən Xəzər dənizində neft və qaz sənayesinin inkişafına sərmayə yatırıb. Həm Buş, həm də Obama administrasiyaları regiondan enerji resurslarının sabit və inkişaflı axınını Amerika geosiyasi maraqlarının mühüm elementi kimi qəbul edib", - məqalədə vurğulanır.

Məqalənin müəllifinin sözlərinə görə, Xəzər dənizindən enerji resursların tədarükü Avropanın Rusiya qazından asılılığını azaldır və İranın təsir qüvvəsini məhdudlaşdırır. Müəllif qeyd edir ki, Azərbaycanın enerji tədarükü Rusiyanın Avropadakı gücünü çökdürə bilər.

"Türkmənistan özü təklif etdiyi Transxəzər qaz kəmərini inşa edə bilsə, Azərbaycan dünya üzrə enerji resurslarının bazarında daha vacib oyunçu ola biləcək. Bu boru kəməri təbii qaz ehtiyatlarına görə dünyanın dördüncüsü olan Türkmənistanı Avropa İttifaqı (Aİ) ilə birləşdirəcək. Belədə Bakı enerji tranziti şəbəkəsinin mərkəzində yer alacaq" - məqalədə deyilir.

Müəllif, həmçinin qeyd edir ki, Azərbaycan Aİ-nin rəsmi Bakıyla siyasət, ticarət, mədəniyyət və təhlükəsizlik sahələrində əməkdaşlığı genişləndirməsi üzrə aparılan danışıqlarda iştirakçı olub. Nəşr bildirir ki, Azərbaycan hər zaman Rusiya və Qərblə arasındakı xarici siyasətini ehtiyatla, balanslı şəkildə tənzimləyib.

Azərbaycanın terrorizmə qarşı qlobal mübarizədəki töhfəsindən danışan müəllif Bakının bu baxımdan Vaşinqton ilə əlaqəli işlədiyini deyib: "ABŞ-ın Avropa və Yaxın Şərqdəki bir çox müttəfiqləri 2003-cü ildə İraqdakı müharibənin əleyhinə çıxmışdı. Amma Azərbaycan Səddam Hüseyn rejiminin devrilməsi üzərində çalışan ABŞ təyyarələrinə öz hava məkanını açdı. Eyni zamanda Azərbaycan ABŞ hərbi qüvvələri tərəfindən Əfqanıstanda istifadə olunan yanacaq, qida və geyim təchizatının üçdə birindən çox hissəsi üçün tranzit mərkəzi olub".

Nəşr vurğulayır ki, İranla qonşu olmasına görə, potensial terrorizm ocağı olan Azərbaycan Xəzər dənizi hövzəsində İŞİD-ə qarşı mübarizədə ABŞ-ın yeganə tərəfdaşıdır. 

Son xəbərlər

Orphus sistemi