Vyanada ATƏT PA qış sessiyası öz işinə başlayıb

Vyanada ATƏT PA qış sessiyası öz işinə başlayıb Sessiyanın işində Azərbaycan nümayəndə heyəti də iştirak edir
Xarici siyasət
19 Fevral , 2015 13:12
Vyanada ATƏT PA qış sessiyası öz işinə başlayıb

Bakı. 19 fevral. REPORT.AZ/ Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) qış sessiyası bu gün Vyanada öz işinə başlayıb. "Report" xəbər verir ki, sessiya zamanı parlament üzvləri Daimi Komitənin iclasında, eləcə də ATƏT PA-nın 3 ümumi komitələrinin iclaslarında iştirak edəcəklər, Ukraynada vəziyyət də daxil olmaqla, gündəlikdə duran digər beynəlxalq əhəmiyyət kəsb edən aktual məsələləri də müzakirə edəcəklər. 

ATƏT-in Ukrayna və onun ətrafında baş verən böhranla bağlı məsələ sessiya zamanı xüsusi müzakirələrin mövzusu olacaq. 

Sessiyanın işində Azərbaycan nümayəndə heyəti də iştirak edir. Sessiya işini fevralın 20-də başa çatdıracaq. 

Son xəbərlər

Orphus sistemi