ATƏT-in komitəsi Azərbaycanın insan alverinə qarşı mübarizəsini yüksək qiymətləndirib

ATƏT-in komitəsi Azərbaycanın insan alverinə qarşı mübarizəsini yüksək qiymətləndirib Vyanada ATƏT-in İnsan Ölçüsü Komitəsinin "İnsan alveri və uşaq hüquqları" mövzusunda iclası keçirilib
Xarici siyasət
23 İyun , 2016 14:11
ATƏT-in komitəsi Azərbaycanın insan alverinə qarşı mübarizəsini yüksək qiymətləndirib

Bakı. 23 iyun. REPORT.AZ/ Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT-in İnsan Ölçüsü Komitəsinin "İnsan alveri və uşaq hüquqları" mövzusunda iclası keçirilib.

"Report"un xəbərinə görə, tədbirə Finlandiya sədrlik edib.

İclasda "Azərbaycanda insan alverinə qarşı mübarizə fəaliyyəti" mövzusunda müzakirələr aparılır.

Komitə iclasında Azərbaycanı Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisi İlkin Qurbanov təmsil edib. O, insan alveri ilə mübarizə sahəsində Azərbaycanda görülən işlər və ATƏT-in öhdəliklərinin yerinə yetirilməsindən danışıb.

İ.Qurbanov komitə üzvləri üçün təqdimat keçirərək çıxış edib, sualları cavablandırıb.

Tədbirdə Azərbaycanın təcrübəsi, xüsusən ABŞ, İsveçrə və s. ölkələrin marağına səbəb olmaqla yanaşı yüksək qiymətləndirilib, Azərbaycan tərəfindən bu sahədə beynəlxalq tərəfdaşların tövsiyələrinin icrasının davam etdirilməsinin əhəmiyyəti qeyd edilib.

İclasda mövzu ilə bağlı Azərbaycanla yanaşı Yunanıstan və Lixtenşteyn nümayəndələrinin çıxışları dinlənilib. 

Son xəbərlər

Orphus sistemi