Vladimir Fekete: "Roma Papasının Azərbaycana səfərinə hazırlıqlar gedir"

Vladimir Fekete: "Roma Papasının Azərbaycana səfərinə hazırlıqlar gedir" Vatikanın Cənubi Qafqaz üzrə elçisi səfərin detallarını müzakirə etmək üçün Romadadır
Xarici siyasət
10 Mart , 2016 14:47
Vladimir Fekete: Roma Papasının Azərbaycana səfərinə hazırlıqlar gedir

Bakı. 10 mart. REPORT.AZ/ "Roma Papası Fransiskin Azərbaycana səfərinə hazırlıqlar gedir".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete deyib.

O, bildirib ki, Vatikanın Cənubi Qafqaz üzrə elçisi nunsi Marek Solçinski hazırda səfərin detallarını müzakirə etmək üçün Romadadır.

V.Feketenin sözlərinə görə, Roma Katolik kilsəsinin rəhbərinin Bakıya səfərinin dəqiq tarixi hələlik məlum deyil.

Son xəbərlər

Orphus sistemi