Vitse-spiker: "QDİƏT PA statusunun artırılması üzv ölkələr arasında əməkdaşlığı möhkəmləndirəcək"

Vitse-spiker: "QDİƏT PA statusunun artırılması üzv ölkələr arasında əməkdaşlığı möhkəmləndirəcək" Bakıda QDİƏT PA Hüquqi və Siyasi Məsələlər Komitəsinin iclası keçirilir
Xarici siyasət
5 May , 2015 14:20
Vitse-spiker: QDİƏT PA statusunun artırılması üzv ölkələr arasında əməkdaşlığı möhkəmləndirəcək

Bakı. 5 may. REPORT.AZ/ "QDİƏT PA statusunun artırılması, yeni səviyyəyə çıxarılması yeni imkanlar yaradacaq və ölkələr arasında əməkdaşlığı möhkəmləndirəcək". "Report" xəbər verir ki, bu barədə Milli Məclisin vitse-spikeri Valeh Əsgərov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Hüquqi bə Siyasi Məsələlər üzrə Komitənin Bakıda keçirilən iclasında bildirib. 

Onun sözlərinə görə, bu gün Azərbaycanın Ermənistandan başqa bütün QDİƏT ölkələri ilə yüksək səviyyədə əlaqələri mövcüddur.  

Regional layihələrdən danışan V.Əsgərov vurğulayıb ki, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi layihələr Azərbaycan, Gürcüstan və Türkiyənin birgə fəaliyyəti nəticəsində həyata keçirilib. 

"Azərbaycan hesab edir ki, hər bir ölkə ilə bərabər hüquqlu tərəfdaşlıq səviyyəsində səmərəli əməkdaşlığı inkişaf etdirmək lazımdır", - o deyib. 

V.Əsgərov qeyd edib ki, hazırda Azərbaycan qazının Bakıdan İtaliyaya nəql olunması üzrə layihənin həyata keçirilməsinə başlayıb. 

"Bizim əvvəlki layihələrdəki uğurlarımız bizdə gələcək layihələrin də uğurlu olacağına əminlik yaradır", - V.Əsgərov bildirib. 

O vurğulayıb ki, yuxarıda qeyd olunan layihələrin həyata keçirlməsində QDİƏT böyük rol oynayıb.

Bununla yanaşı, o, QDİƏT Parlament Assambleyasının Avropa Şurası Parlament Assambleyası ilə müqayisədə fəallığının aşağı olmasına görə narazılığını bildirib. 

"QDİƏT PA statusunun artırılması yeni imkanlar yaradacaq və ölkələr arasında əməkdaşlığı möhkəmləndirəcək", - o deyib. 

Son xəbərlər

Orphus sistemi