Vaşınqtondan olan ticarət nümayəndə heyəti Azərbaycana gəlib

Vaşınqtondan olan ticarət nümayəndə heyəti Azərbaycana gəlib Heyət üzvləri müxtəlif iqtisadi məsələləri müzakirə edəcək
Xarici siyasət
15 Sentyabr , 2016 21:40
Vaşınqtondan olan ticarət nümayəndə heyəti Azərbaycana gəlib

Bakı. 15 sentyabr. REPORT.AZ/ Vaşınqtondan olan ticarət nümayəndə heyəti Azərbaycana gəlib.

"Report"un məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta məlumat verib.

"Nəzərə alsaq ki, hazırkı ABŞ administrasiyasının müddəti başa çatır və prezident seçkilərinə az qalıb, Azərbaycana təklif etmişik hərtərəfli geniş müzakirələr keçirilsin. Buraya ticarət insan haqları və digər sahələr daxildir. Eyni zamanda bizim ticarət nümayəndə heyətimiz Azərbaycana gəlib", - deyə səfir qeyd edib.

Onun sözlərinə görə, nümayəndə heyəti burada müxtəlif iqtisadi məsələləri müzakirə edəcək.

Son xəbərlər

Orphus sistemi