UNDP rəhbəri: "Azərbaycana BMT ilə sıx əməkdaşlıq etdiyinə görə təşəkkür edirəm"

UNDP rəhbəri: "Azərbaycana BMT ilə sıx əməkdaşlıq etdiyinə görə təşəkkür edirəm" Helen Klark ADA Universitetdə mühazirə ilə çıxış edib
Xarici siyasət
3 Oktyabr , 2014 13:41
UNDP rəhbəri: Azərbaycana BMT ilə sıx əməkdaşlıq etdiyinə görə təşəkkür edirəm
Bakı. 3 oktyabr. REPORT.AZ/ Azərbaycanda səfərdə olan BMT İnkişaf Proqramının (UNDP) rəhbəri Helek Klark ADA Universitetində "2015-ci ildən sonra gündəliyi və dayanıqlı inkişaf məqsədləri" adlı mühazirə ilə çıxış edib.

Report-un UNDP-nin saytına istinadən verdiyi xəbərinə görə, mühazirədə H.Klark 2000-ci ildə Minilliyin Deklarasiyasının imzalaması və onun bu müddət ərzində həyata keçirilməsi barədə məlumat verib. O vurğulayıb ki, Minilliyin İnkişaf Məqsədləri bir çox təyin olunmuş vəzifələri icra etməyə müvəffəq olub.

Azərbaycan barədə danışan H.Klark qeyd edib ki, Azərbaycanın gələcək uğurları dünya iqtisadiyyatının və ekosistemin təhlükəsizliyiə bağlıdır. O vurğulayıb ki, 2015-ci ildən sonraki müddətlə bağlı keçirilən məsləhətləşmələrin nəticələri "Azərbaycan: 2020 gələcəyə baxış konsepsiyası" ilə uyğundur.

Çıxışın sonunda o, Azərbaycana BMT ilə sıx əməkdaşlıq etdiyinə görə təşəkkürl edib. H.Klark vurğulayıb ki, BMT-nin İnkişaf Proqramı ölkə ilə əməkdaşlığını davam etdirməkdə maraqlıdır.

Son xəbərlər

Orphus sistemi