​Ukraynanın Sumi vilayətinin qubernatoru Azərbaycana səfər edib

​Ukraynanın Sumi vilayətinin qubernatoru Azərbaycana səfər edib Səfərin məqsədi Sumsk vilayətinin Azərbaycanla əməkdaşlığının inkişafı məsələlərinin müzakirəsi olub
Xarici siyasət
27 May , 2015 09:52
​Ukraynanın Sumi vilayətinin qubernatoru Azərbaycana səfər edib

Bakı. 27 may. REPORT.AZ/ Ukraynanın Sumi vilayətinin qubernatoru Nikolay Kloçko Azərbaycana səfər edib.

Ukraynanın Azərbaycandakı səfirliyindən "Report"a bildiriblər ki, səfər mayın 25-26 tarixlərində baş tutub və Ukraynanın Azərbaycandakı səfirliyinin, həmçinin Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanovun dəstəyi ilə həyata keçirilib.

Səfər çərçivəsində N.Kloçkonun İqtisadiyyat və Sənayə nazirinin müavini Niyazi Səfərov, Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev və SOCAR-ın vitse-prezidenti Elşad Nəsirovla görüşləri keçirilib.

Məlumata görə, səfərin məqsədi Sumi vilayətinin Azərbaycanla əməkdaşlığının inkişafı məsələlərinin müzakirəsi olub. Sumi vilayəti əsasən kənd təsərrüfatı sahəsində ixtisaslaşıb. Burada kənd təsərrüfatı texnikası istehsal olunur və Sumi vilayəti Azərbaycanla bu istiqamətdə əməkdaşlıqda maraqlıdır. 

Son xəbərlər

Orphus sistemi