Ukraynanın Azərbaycandakı səfirliyində başsağlığı kitabı açılıb

Ukraynanın Azərbaycandakı səfirliyində başsağlığı kitabı açılıb Ukraynada avtobusun atəşə tutulması nəticəsində insan tələfatı ilə əlaqədar matəm elan olunub
Xarici siyasət
15 Yanvar , 2015 12:02
Ukraynanın Azərbaycandakı səfirliyində başsağlığı kitabı açılıb

Bakı. 15 yanvar. REPORT.AZ/ Ukraynanın Azərbaycandakı səfirliyində avtobusun atəşə tutulması nəticəsində insan tələfatı ilə əlaqədar başsağlığı kitabı açılıb. Bu barədə "Report"a Ukraynanın Azərbaycandakı səfirliyindən bildiriblər. 

Bu gün, həmçinin Ukraynada milli matəm günü elan olunub. 

Xatırladaq ki, yanvarın 13-də Mariupol-Donetsk magistralında Volnovaxa şəhərinin yaxınlığında sərnişin avtobusu atəşə məruz qalıb, nəticədə 12 nəfər həlak olub,  daha 16 nəfər yaralanıb. 

Ukrayna hüquq-mühafizə orqanlarının məlumatına əsasən, "Donetsk Xalq Respublikası" yaraqlıları "Qrad" tipli raket sistemlərindən avtobusa atəş açıblar. 

Son xəbərlər

Orphus sistemi