Ukraynanın Azərbaycandakı səfiri illik ambassadorialda iştirak edir

Ukraynanın Azərbaycandakı səfiri illik ambassadorialda iştirak edir Görüşdə çıxış edən XİN başçısı ölkənin xarici siyasətinin əsas prioritetlərini qeyd edib
Xarici siyasət
22 Avqust , 2016 11:17
Ukraynanın Azərbaycandakı səfiri illik ambassadorialda iştirak edir

Bakı. 22 avqust. REPORT.AZ/ Kiyevdə Ukraynanın xarici ölkələrdəki səfirlərinin illik toplantısı başlayıb.

"Report" xəbər verir ki, görüşdə çıxış edən Ukrayna xarici işlər naziri Pavel Klimkin ölkənin xarici siyasətinin əsas prioritetlərini qeyd edib.

Onun sözlərinə görə, Ukrayna diplomatiyası üçün prioritet Rusiya təcavüzünə qarşı mübarizə aparmaq və Aİ ilə vizasız rejim statusuna nail olmaqdır.

Qeyd edək ki, ambassadorialın işində Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko da iştirak edir.

Son xəbərlər

Orphus sistemi