Ukraynada münaqişə tərəfləri ağır texnikanı geri cəkməyə başlayıblar

Ukraynada münaqişə tərəfləri ağır texnikanı geri cəkməyə başlayıblar Minsk razılaşmasına əsasən, ağır texnikanın geri cəkilməsi prosesi fevralın 17-dən-martın 3-dək davam etməliydi
Xarici siyasət
22 Fevral , 2015 19:16
Ukraynada münaqişə tərəfləri ağır texnikanı geri cəkməyə başlayıblar

Bakı. 22 Fevral. REPORT.AZ/ Ukrayna ordusu və Rusiyameylli separatcılar atəşkəs razılaşmasına uyğun olaraq, ağır hərbi texnikanı cəbhə xəttindən geri cəkməklə bağlı razılığa gəliblər.

"Report"un Azadlıq Radosuna istinadla verdiyi xəbərə görə, atəşkəsə Birgə Nəzarət və Koordinasiya Mərkəzinin sözçüsü Pyotr Kanonik bildirib ki, proses fevralın 22-dən başlayaraq iki həftə davam edəcək.

Almaniya və Fransanın vasitəciliyi ilə əldə olunmuş və fevralın 15-dən qüvvəyə minmiş razılaşmaya gorə, ağır texnikanın geri cəkilməsi prosesi fevralın 17-də başlamalı, martın 3-dək başa catmalı idi. Lakin strateji Debaltsevo şəhərindəki döyüşlər ucbatından proses ləngiyib.

Son xəbərlər

Orphus sistemi