​Ukrayna Azərbaycan, Belarus və Ermənistanı “Şərq Tərəfdaşlığı”ndan ayırmağı təklif edir

​Ukrayna Azərbaycan, Belarus və Ermənistanı “Şərq Tərəfdaşlığı”ndan ayırmağı təklif edir “Biz bunu Riqa sammitində etməyə çalışdıq”
Xarici siyasət
30 May , 2015 21:21
​Ukrayna Azərbaycan, Belarus və Ermənistanı “Şərq Tərəfdaşlığı”ndan ayırmağı təklif edir

Bakı. 30 may. REPORT.AZ/ Ukraynanın Avropa İttifaqı yanındakı nümayəndəliyinin rəhbəri Konstantin Yeliseyev hesab edir ki, "Şərq Tərəfdaşlığı" siyasətinə yenidən baxmaq və Azərbaycan, Ermənistan və Belarusu ondan ayırmaq lazımdır.

“Report” xəbər verir ki, bu barədə Yeliseyev cümə günü 8-ci Kiyev forumunda çıxışı zamanı bəyan edib.

"Birincisi, biz “Şərq Tərəfdaşlığı” çərçivəsində ayırma siyasətini təmin edə bilərik. Mənə elə gəlir ki, üç ölkə – Ukrayna, Gürcüstan və Moldovanı Ermənistan, Azərbaycan və Belarusdan ayırmağın vaxtı çatıb. Biz bunu Riqa sammitində etməyə çalışdıq, yeri gəlmişkən biz Ukrayna, Moldova və Gürcüstanla bağlı üçtərəfli bəyanatı, yəni, dəqiq ayırmanı razılaşdırmışdıq", - deyə Yeliseyev qeyd edib.

Son xəbərlər

Orphus sistemi