Türkiyənin baş naziri Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib

Türkiyənin baş naziri Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib Ə.Davudoğlu 20 yanvar şəhidlərinin xatirəsini yad edib, "Əbədi məşəl" abidənin önünə əklil qoyub
Xarici siyasət
19 Sentyabr , 2014 12:27
Türkiyənin baş naziri Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib
Bakı. 19 sentyabr. REPORT.AZ/ Bakıda səfərdə olan Türkiyənin baş naziri Əhməd Davudoğlu Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib.

"Report" xəbər verir ki, Ə.Davudoğlu Fəxri Xiyabanda Heydər Əliyevin məzarı önünə əklil qoyub. Daha sonra o, akademik Zərifə Əliyevanın məzarını ziyarət edib.

Türkiyənin baş naziri həmçinin Şəhidlər Xiyabanında 20 yanvar şəhidlərinin xatirəsini yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub. Daha sonra Ə.Davudoğlu 1918-ci ildə Bakının daşnaqlardan azad olunması uğrunda mübarizədə həlak olan türk əsgərlərinin abidəsinə baş çəkib və əklil qoyub.

Son xəbərlər

Orphus sistemi