Türkiyə baş nazirinin Azərbaycana səfəri başlayıb

Türkiyə baş nazirinin Azərbaycana səfəri başlayıb Səfərdə əsas məqsəd Cənubi Qafqaz qaz kəmərinin genişləndirmə layihəsi çərçivəsində təməlatma mərasiminə qatılmaqdır
Xarici siyasət
19 Sentyabr , 2014 09:38
Türkiyə baş nazirinin Azərbaycana səfəri başlayıb
Bakı. 19 sentyabr. REPORT.AZ/ Türkiyə baş naziri Əhməd Davudoğlu sentyabrın 19-da Azərbaycana rəsmi səfərə gəlib. “Report”un xəbərinə görə, Əhməd Davudoğlunu Heydər Əliyev adına Beynəlxalq Aeroportda Azərbaycan baş nazirinin müavini Abid Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, Davudoğlunun Bakıya səfərində əsas məqsəd Cənubi Qafqaz qaz kəmərinin genişləndirmə layihəsi çərçivəsində təməlatma mərasimində iştirak etməkdir. Mərasim sentyabr ayının 20-də Səngəçal terminalında keçiriləcək.

İngilis versiyası Turkish PM visits Azerbaijan

Son xəbərlər

Orphus sistemi