TürkPA baş katibi: "Azərbaycanda seçki prosesi yaxşı təşkil olunub"

TürkPA baş katibi: "Azərbaycanda seçki prosesi yaxşı təşkil olunub" Jandos Asanov seçkilərin gedişindən məmnunluğunu dilə gətirib
Xarici siyasət
26 Sentyabr , 2016 12:05
TürkPA baş katibi: Azərbaycanda seçki prosesi yaxşı təşkil olunub

Bakı. 26 sentyabr. REPORT.AZ/ "Azərbaycanda seçki prosesi yaxşı təşkil olunub".

Bunu "Report"a açıqlamasında Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı ümumxalq səsverməsini (referendumu) müşahidə edən TürkPA-nın baş katibi Jandos Asanov deyib.

"Referenduma hazırlıq yaxşı təşkil olunub. Biz Bakıda yerləşən bəzi seçki məntəqələrində monitorinq həyata keçiririk", - J.Asanov bildirib.

O, seçkilərin gedişindən məmnunluğunu dilə gətirib.

Qeyd edək ki, TürkPA müşahidəçilər missiyasının tərkibinə Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan deputatlar daxildir.

Son xəbərlər

Orphus sistemi