​Türkiyə XİN başçısı "Bakı-2015" ilə əlaqədar aparılan qarayaxma kampaniyasına münasibət bildirib

​Türkiyə XİN başçısı "Bakı-2015" ilə əlaqədar aparılan qarayaxma kampaniyasına münasibət bildirib “I Avropa Oyunları kimi yarışları bəhanə edərək Azərbaycana hücum etməsinlər, ikili standartdan uzaq dursunlar”
Xarici siyasət
18 May , 2015 10:24
​Türkiyə XİN başçısı Bakı-2015 ilə əlaqədar aparılan qarayaxma kampaniyasına münasibət bildirib

“I Avropa Oyunları kimi yarışları bəhanə edərək Azərbaycana hücum etməsinlər, ikili standartdan uzaq dursunlar”

Alaniya. 18 may. REPORT.AZ/ “Biz hər zaman ikili standarta qarşı olmuşuq. Daha öncəki vəzifələrimdə də, Avropa Şurasındakı vəzifəmdə də, buna qarşı olmuşam. Azərbaycana hücum etmək üçün fürsət güdən qüvvələr hazırda I Avropa Oyunlarını bəhanə edirlər”. “Report”un Alaniyada olan əməkdaşı xəbər verir ki, bu barədə azərbaycanlı jurnalistlərin suallarını cavablandıran Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu bildirib.

“Heç də zəhmət çəkməsinlər. Çünki Azərbaycan I Avropa Oyunlarını uğurla reallaşdıracaq. Biz də bu məsələdə Azərbaycana dəstəkçi olacağıq. I Avropa Oyunları kimi yarışları bəhanə edərək Azərbaycana hücum etməsinlər, ikili standartdan uzaq dursunlar. Sözdən anlayana bu yetər...”

Qeyd edək ki, Parlament Jurnalistləri Birliyi sədrinin müavini Aqil Aslan, “Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy, “Report” İnformasiya Agentliyinin şöbə redaktoru Pərvin Abbasov və jurnalist Fərəh Sabirqızı Türkiyə Qazetecilər Federasiyasının başkan yardımçısı, Alanya Qəzetcilər Cəmiyətinin başkanı Mehmet Ali Dimin dəvəti ilə bu ölkədə səfərdə olub. Səfər  Azərbaycan Parlament Jurnalistləri Birliyi və Alaniya Qəzetçilər Cəmiyyətinin təşkilatçılığı ilə baş tutub.

Son xəbərlər

Orphus sistemi