Türkiyənin Azərbaycandakı səfirliyində xatirə kitabı açılıb

Türkiyənin Azərbaycandakı səfirliyində xatirə kitabı açılıb Terror hücumu 42 nəfərin ölümünə səbəb olub
Xarici siyasət
30 İyun , 2016 10:20
Türkiyənin Azərbaycandakı səfirliyində xatirə kitabı açılıb

Bakı. 30 iyun. REPORT.AZ/ İstanbulun Atatürk Hava Limanında baş vermiş terror hücumları ilə əlaqədar Türkiyənin Azərbaycandakı səfirliyində xatirə kitabı açılıb.

Səfirlikdən "Report"a verilən məlumata görə, kitab bu gün səhərdən günorta 12:00-a qədər və 14:00-dan 18:00-a qədər açıq olacaq.

Xatırladaq ki, iyunun 28-də üç terrorçu İstanbulun Atatürk Hava Limanında terror aktı törədib. Üç partlayış nəticəsində 42 nəfər ölüb, 238 nəfər yaralanıb. Terror aktına görə, Türkiyədə bir günlük matəm elan olunub. Ölkə daxilində və Türkiyənin xaricindəki rəsmi təmsilçiliklərdə dövlət bayrağı yarıyadək endirilib.

Qeyd edək ki, hadisə ilə əlaqədar dünya liderləri Türkiyəyə başsağlığı verərək terrora qarşı olduqlarını bəyan ediblər.

Son xəbərlər

Orphus sistemi