Türkiyənin XİN başçısı Azərbaycana səfər edəcək

Türkiyənin XİN başçısı Azərbaycana səfər edəcək Səfər zamanı ikitərəfli əməkdaşlıq perspektivləri müzakirə olunacaq
Xarici siyasət
13 Fevral , 2015 10:40
Türkiyənin XİN başçısı Azərbaycana səfər edəcək

Bakı. 13 fevral. REPORT.AZ/ Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu fevralın sonlarında Azərbaycana səfər edəcək.

 Bu barədə Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun "Report"a məlumat verib. 

Onun sözlərinə görə, səfərin tarixi diplomatik kanallarla dəqiqləşdirilir. Səfir, həmçinin əlavə edib ki, səfər zamanı ikitərəfli əməkdaşlıq perspektivləri, eləcə də regional və beynəlxalq səviyyədə hazırda maraq doğuran bir sıra məsələlər müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi