Türkiyə XİN başçısı: "Terrorizmlə mübarizədə birlikdə olmalıyıq"

Türkiyə XİN başçısı: "Terrorizmlə mübarizədə birlikdə olmalıyıq" Mövlud Çavuşoğlu Azərbaycan xalqına verdiyi dəstəyə görə təşəkkür edib
Xarici siyasət
18 Fevral , 2016 12:56
Türkiyə XİN başçısı: Terrorizmlə mübarizədə birlikdə olmalıyıq
Report

Bakı. 18 fevral. REPORT.AZ/ "Təəssüf ki, Ankarada törədilən terror aktına görə biz Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasını keçirə bilmədik. Amma yaxın gələcəkdə biz yenidən onu təşkil etmək niyyətindəyik".

"Report" xəbər verir ki, bu sözləri Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla birgə mətbuat konfransı keçirən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O, dünən Ankarada baş verən terror aktından sonra verdiyi dəstəyə görə Azərbaycan xalqına təşəkkür edib.

"Terrorizmlə mübarizədə birlikdə olmalıyıq. Biz PKK, YPG, PYD kimi terror təşkilatları arasında fərq qoymuruq və onlarla mübarizə aparırıq. Terrorizmə qarşı mübarizədə Azərbaycanla heç bir fikir ayrılığımız yoxdur. Azərbaycan terrorizm qarşı mübarizədə Türkiyənin mövqeyini bölüşür", - deyə M.Çavuşoğlu bildirib.

Türkiyənin XİN başçısı vurğulayıb ki, hazırda Ankarada törədilən terror aktı ilə əlaqədar araşdırmalar gedir. O qeyd edib ki, hər bir dövlət öz ərazisini terror təşkilatlarından təmizləmək hüququna malikdir.

Son xəbərlər

Orphus sistemi