​Türkiyə XİN başçısı: "Bir sıra Avropa strukturlarının mövqeyindən asılı olmayaraq, Azərbaycan öz yoluna davam edəcək"

​Türkiyə XİN başçısı: "Bir sıra Avropa strukturlarının mövqeyindən asılı olmayaraq, Azərbaycan öz yoluna davam edəcək" "Ankara bundan sonra da bütün beynəlxalq təşkilatlarda Bakını fəal tərəfdaş kimi dəstəkləməkdə davam edəcək"
Xarici siyasət
16 Sentyabr , 2015 16:30
​Türkiyə XİN başçısı: Bir sıra Avropa strukturlarının mövqeyindən asılı olmayaraq, Azərbaycan öz yoluna davam edəcək

Bakı. 16 sentyabr. REPORT.AZ/ "Azərbaycan bir sıra Qərb strukturlarının mövqeyindən asılı olmayaraq öz yoluna davam edəcək". "Report" xəbər verir ki, bu barədə Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə keçirdikləri mətbuat konfransında Türkiyənin xarici işlər naziri Feridun Sinirlioğlu bildirib.

"Azərbaycan Avropanın bir çox strukturlarında təmsil olunan Avropa ölkəsidir. Bir sıra Avropa strukturlarının mövqeyindən asılı olmayaraq, Azərbaycan öz yoluna davam edəcək", - nazir bildirib.

Nazir xüsusilə vurğulayıb ki, Ankara bundan sonra da bütün beynəlxalq təşkilatlarda, o cümlədən, Avropa arenasında Bakını fəal tərəfdaş kimi dəstəkləməkdə davam edəcək.

Onun sözlərinə görə, Türkiyə və Azərbaycan bundan sonra da müxtəlif məsələləri birgə müzakirə edərək sıx əməkdaşlıq etməkdə davam edəcəklər.

Son xəbərlər

Orphus sistemi