​Türkiyə və Azərbaycan liderlərinin görüşünün gündəliyi açıqlanıb

​Türkiyə və Azərbaycan liderlərinin görüşünün gündəliyi açıqlanıb Dövlət başçıları birgə mətbuat konfransı da keçirəcək
Xarici siyasət
15 Mart , 2016 11:03
​Türkiyə və Azərbaycan liderlərinin görüşünün gündəliyi açıqlanıb

Bakı. 15 mart. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü və səfər proqramı açıqlanıb.

"Report" Türkiyə prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Prezidentinin rəsmi qarşılanma mərasimindən sonra liderlər təkbətək görüş keçirəcək.

Bunun ardınca Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclası başlayacaq.

Bu toplantıdan sonra tərəflər arasında sənədlərin imzalanma mərasimi və dövlət başçılarının birgə mətbuat konfransı keçiriləcək.

Tədbirlərin hamısı Türkiyə Prezidentliyi Kompleksində (Cumhurbaşkanlığı Külliyesi) olacaq.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan bu il martın 15-də Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclasında iştirak etmək üçün Azərbaycana gəlməli idi. Ancaq martın 13-də Türkiyənin paytaxtı Ankarada törədilən terrora görə, o səfərini təxirə salıb.

Azərbaycan Prezidenti Türkiyənin paytaxtı Ankara şəhərində baş vermiş terror aktından sonra qardaş ölkəylə həmrəylik nümayiş etdirərək, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V toplantısının Bakıda deyil, Ankarada keçirilməsini təklif edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan terrorla mübarizə məsələsində Türkiyəylə həmrəylik nümayişinə və bu jestinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Ankarada baş verən terror aktı nəticəsində 37 nəfər həlak olub, 125 nəfər isə yaralanıb. 

Son xəbərlər

Orphus sistemi