​Türkiyə səfirliyi: "1918-ci il hadisələrini araşdırmaq lazımdır"

​Türkiyə səfirliyi: "1918-ci il hadisələrini araşdırmaq lazımdır" "Türkiyə xalqı həmişə olduğu kimi hər şeydə azərbaycanlı qardaşlarını dəstəkləyəcək"
Xarici siyasət
30 Mart , 2015 23:42
​Türkiyə səfirliyi: 1918-ci il hadisələrini araşdırmaq lazımdır

Bakı. 30 mart. REPORT.AZ/ Türkiyənin Azərbaycandakı səfirliyi 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar olaraq başsağlığı verib.

"Report" səfirliyə istindən xəbər verir ki, başsağlığında həmin gün minlərlə insanın erməni və bolşeviklər tərəfindən qətlə yetirildiyi bildirilir.

Türkiyə səfirliyi tarixin birtərəfli qaydada təqdim olunmasına son qoymağa çağırıb:

"Bü cür hadisələrin bir daha təkrarlanmaması üçün 1918-ci ildə baş verənlər araşdırılmalı və müvafiq təzyiqlər göstərilməlidir".

Məlumatda, həmçinin qeyd olunur ki, Türkiyə xalqı həmişə olduğu kimi hər bir şeydə azərbaycanlı qardaşlarının yanında olacaq.

Son xəbərlər

Orphus sistemi