Türkiyə SAM rəhbəri: "Hər zaman Azərbaycanın yanındayıq"

Türkiyə SAM rəhbəri: "Hər zaman Azərbaycanın yanındayıq" Əli Rəsul Usul: "ABŞ gec-tez Fətullah Güləni Türkiyəyə ekstradisiya edəcək"
Xarici siyasət
7 Oktyabr , 2016 14:09
Türkiyə SAM rəhbəri: Hər zaman Azərbaycanın yanındayıq

Bakı. 7 oktyabr. REPORT.AZ/ "ABŞ gec-tez Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Güləni Türkiyəyə ekstradisiya edəcək".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Əli Rəsul Usul deyib.

"Təsəvvür edin ki, ABŞ-da terror təşkilatı var və onun lideri Türkiyədə yaşayır. Sizcə, bu, mümkündür? Elə buna görə də Fətullah Gülənin Türkiyəyə ekstradisiyası məsələsində ABŞ-ın mövqeyini başa düşmürük" - Əli Rəsul Usul bildirib.

Onun sözlərinə görə, ABŞ yaxın zamanlarda terror təşkilatının rəhbərini ekstradisiya etməlidir: "Gec-tez bu baş verəcək".

Türkiyə-Azərbaycan münasibətlərindən danışan Ə.R.Usul bu əlaqələrin inkişafından bütün bölgənin qazanacağını bildirib.

O, həmçinin əlavə edib ki, Türkiyə həmişə Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanın yanında olacaq: "Azərbaycan da Türkiyənin çətin günlərdə onun yanında olub".

Son xəbərlər

Orphus sistemi