​Türkiyə prezidenti : "On minlərlə uşağın ölümünə göz yuman dövlətlər var"

​Türkiyə prezidenti : "On minlərlə uşağın ölümünə göz yuman dövlətlər var" Rəcəb Tayyib Ərdoğan: "Humanitar yardım məsələsində sistem yenidən nəzərdən keçirməyimiz lazımdır"
Xarici siyasət
23 May , 2016 13:04
​Türkiyə prezidenti : On minlərlə uşağın ölümünə göz yuman dövlətlər var

Bakı. 23 may. REPORT.AZ/ "Bombalardan qaçanlara ölkəmizin qapıları həmişə açıqdır".

"Report" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən birinci Dünya Humanitar sammitinin açılış mərasimində bildirib.

O deyib ki, qaçqınlar məsələsində dini, irq fərq yoxdur: "2014-cü ildə qaçqınlara 6,4 milyard dollarlıq humanitar yardım göstərmişik. Bu rəqəm hər il artmaqdadır. 3 milyondan çox suriyalı və iraqlı qaçqını ölkəmizdə qonaq edirik. Türkiyəyə qaçqınların gəlməsi prosesi davam edir. Problemin həllinə isə bəzi ölkələr yardım edir.

Humanitar yardım məsələsində sistemi yenidən nəzərdən keçirməyimiz lazımdır. Mövcud sistem bununla bağlı problemlərin həllində acizdir. Hamı bu daşın altına əlini qoymalıdır".

Türkiyə prezidenti bildirib ki, insanlığa qarşı törədilən cinayətlərin səbəbkarları  cəzasız qalmamalıdır.

O vurğulayıb ki, humanitar yardımla bağlı ehtiyac artır, ancaq problemin həlli mənbələri dəyişmir: "On minlərlər uşağın ölümünə müşahidəçi qalan dövlətlər var".

Rəcəb Tayyib Ərdoğan BMT baş katibi Pan Gi Muna və əməkdaşlarına təşəkkür edib.

Qeyd edək ki, İstanbulda keçirilən birinci Dünya Humanitar sammiti BMT-nin baş katibi Pan Gi Munun çıxşı ilə açılıb.

Son xəbərlər

Orphus sistemi