​Türkiyə Prezidenti I Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək

​Türkiyə Prezidenti I Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək Səfər Prezident İlham Əliyevin dəvəti ilə baş tutacaq
Xarici siyasət
18 May , 2015 10:09
​Türkiyə Prezidenti I Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək

Alaniya. 18 may. REPORT.AZ/ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan I Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycana gələcək.

"Report"un Alaniyada olan əməkdaşı xəbər verir ki, bu barədə azərbaycanlı jurnalistlərin suallarını cavablandıran Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarını "Bakı -2015" I Avropa Oyunlarının açılış mərasiminə dəvət edib: "Biz qardaş Azərbaycanla fəxr edir və qürur duyuruq. Təbii ki, I Avropan Oyunları üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana dəvət gəlib. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkə başçımızı dəvət edib. Cənab Rəcəb Tayyib Ərdoğan da həmin yarışlara qatılacağını söyləyib. Azərbaycanın hər cür tədbirinə biz Türkiyədən ən yüksək şəkildə qatılmağa hazırıq. İnşallah, yenə də, ən yüksək səviyyədə iştirak olacaq".

M.Çavuşoğlu çox vacib yarışlara ev sahibliyi etdiyi üçün Azərbaycana təşəkkürünü bildirib: "Qardaş ölkə artıq çox peşəkar şəkildə beynəlxalq yarışlara ev sahibliyi edir. Belə ki, beynəlxalq forumlar, konfranslar keçirilir, I Avropa Oyunları kimi çox vacib tədbir də keçiriləcək. Həmçinin "Eurovision" mahnı müsabiqəsi bu günə qədər keçirilən ən səviyyəli tədbirlərdən idi".

Qeyd edək ki, Azərbaycan Parlament Jurnalistləri Birliyinin və Alaniya Qəzetçilər Cəmiyyətinin təşkilatçılığı ilə bir qrup azərbaycanlı jurnalist Türkiyədə beş günlük səfərdə olub.

Son xəbərlər

Orphus sistemi