Bakı. 22 aprel. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında axtarış-xilasetmə işlərinin koordinasiyasına dair sazişi təsdiqləyib.
"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Xəbərə görə, aprelin 21-də Türkiyə prezidenti 6 qanunu imzalayıb. Onların arasında Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında axtarış-xilasetmə işlərinin koordinasiyasına dair sazişi də var.