​Türkiyə KİV: Ərdoğan və Əliyevdən heyrətamiz açıqlamalar

​Türkiyə KİV: Ərdoğan və Əliyevdən heyrətamiz açıqlamalar "Anadolu": "Əliyev tarixi zirvə üçün Türkiyədə"
Xarici siyasət
16 Mart , 2016 10:31
​Türkiyə KİV: Ərdoğan və Əliyevdən heyrətamiz açıqlamalar

Bakı. 16 mart. REPORT.AZ/ Türkiyə mətbuatı Azərbaycan Prezidenti İlham Əliyevin  bu ölkəyə səfərini və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlarını, iki dövlətin nümayəndə heyəti arasındakı müzakirələri geniş işıqlandırıb. "Report"un xəbərinə görə, rəsmi "Anadolu" agentliyinin bu mövzuda xəbərlərindən biri "İlham Əliyev: "Türkiyə nə qədər güclü olarsa, biz də bir o qədər güclü olarıq" başlığı ilə yayımlanıb.

"Anadolu" agentliyinin bu səfərlə bağlı başqa materialı belə başlıqla yayımlanıb: "Əliyev tarixi zirvə üçün Türkiyədə".

"Haberler" saytının bu görüşlərlə bağlı yaydığı bəzi məqalələrin başlıqları belə olub: "Prezident: TANAP-ı erkən tamamlamağı planlaşdırırıq", "Türkiyə ilə Azərbaycan arasında 6 müqavilə imzalandı", "Ərdoğan-Əliyev qucaqlaşması gündəmə oturdu".

"Milliyet"dəki başlıqlardan bəziləri belə olub: "Əliyevdən böyük jest: Bu gün Ankaraya gəlir", "Türkiyəni diz çökdürə bilməzlər".

"sozcu.com.tr" saytında səfərlə bağlı "Azərbaycanın dövlət başçısı İlham Əliyev Ankarada", "TANAP sürətləndirilir" və s. bu başlıqda yazılar yayımlayıb.

"Hürriyət"in manşetlərindən biri belə olub: "Prezident Ərdoğan: "Qara günün dostu olduğunu göstərdi".

"Haberturk" saytında görüşlə bağlı materillardan biri "İlham Əliyev - prezident Ərdoğanın qonağı" başlığı ilə yayılıb.

NTV televiziya kanalının saytında da bu səfərlə bağlı geniş material dərc edilib. Onlardan biri belədir: "Ərdoğan: Azərbaycan qara günün dostu olduğunu göstərdi".

"İHA" agentliyinin yaydığı başlıqlardan bəziləri belədir. "Prezident Ərdoğandan Əliyevin jestinə jestlə qarşılıq", "Prezident Ərdoğan, Azərbaycan Prezidenti Əliyevlə görüşdü".

"Ərdoğan və Əliyevin səmimi qucaqlaşması" başlıqlı yazı isə "haber7" saytında yayılıb. Bu saytda digər iki yazının başlığı isə belədir: "Prezident iqamətgahında tarixi görüş", "Rusiyanın yuxusu kabusa dönür", "Bu da Azərbaycanla imzalanan yeni müqavilələr", "Türkiyə ilə Azərbaycan arasında yeni müqavilələr imzalandı", "Ərdoğan və Əliyevdən heyrətamiz açıqlamalar".

Səfərlə bağlı "CNNTürk" "Prezident Ərdoğan Əliyevlə birgə mətbuat konfransında" başlıqda material yayımlayıb.

"Türkiye Gazetesi"ndə də səfər geniş işıqlandırılıb. Burada "Ərdoğan təxirə salacaqdı Əliyev "Mən gəlim" dedi", "Prezident Ərdoğan və Əliyevdən əhəmiyyətli açıqlamalar", "Əliyev və Ərdoğandan TANAP müjdəsi" və s. başlıqlı məqalələr yayımlanıb.

Son xəbərlər

Orphus sistemi