Türkiyə ilə Azərbaycanın bəzi ölkələrdə birgə səfirliyinin olması təklif edilib

Türkiyə ilə Azərbaycanın bəzi ölkələrdə birgə səfirliyinin olması təklif edilib İsmayıl Alpər Coşqun: “Türkiyə heç vaxt Azərbaycanı maraqlarına zərbə vuran addım atmaz"
Xarici siyasət
22 Sentyabr , 2016 12:05
Türkiyə ilə Azərbaycanın bəzi ölkələrdə birgə səfirliyinin olması təklif edilib

Bakı. 22 sentyabr. REPORT.AZ/ Türkiyə ilə Azərbaycanın bəzi ölkələrdə birgə səfirliyinin olması təklif edilib.

“Report”un xəbərinə görə, bu təkliflə Türkiyənin Azərbaycanda səlahiyyət müddəti başa çatan səfiri İsmayıl Alpər Coşqun çıxış edib.

Onun sözlərinə görə, Türkiyə ilə Azərbaycan bir-birinə sıx bağlıdır: “Türkiyə heç vaxt Azərbaycanı maraqlarına zərbə vuran addım atmaz. Türkiyə hər hansı addım atarkən Azərbaycanın maraqlarını nəzərə alır. Çünki iki ölkənin hədəfləri eynidir. Bəzi fikir ayrılıqları ola bilər. Amma ümumi məsələlərdə fikirlərimiz üst-üstə düşür”.

İ.A.Çoşqun bəzi ölkələrdə Azərbaycanla Türkiyənin eyni səfirliyinin olması təklifi ilə çıxış edib: “Çünki hədəflərimiz, maraqlarımız eynidir”.

Son xəbərlər

Orphus sistemi