Türkiyə Böyük Millət Məclisinin üzvü: “Gecəni parlamentin zirzəmisində keçirdik” - EKSKLÜZİV

Türkiyə Böyük Millət Məclisinin üzvü: “Gecəni parlamentin zirzəmisində keçirdik” - EKSKLÜZİV Levent Gök: “Türkiyə yalnız demokratiya yolu ilə inkişaf edə bilər”
Xarici siyasət
16 İyul , 2016 16:23
Türkiyə Böyük Millət Məclisinin üzvü: “Gecəni parlamentin zirzəmisində keçirdik” - EKSKLÜZİV

İstanbul 16 iyul. REPORT.AZ/ "Türkiyə Böyük Millət Məclisinin 100-ə yaxın deputatı ilə birlikdə ötən gecəni parlamentin təhlükəsizlik zirzəmisində keçirdik".

Bunu "Report"un Türkiyə bürosuna açıqlamasında Türkiyə Böyük Millət Məclisinin deputatı Levent Gök deyib. 

O qeyd edib ki, deputatlar gecə yaranmış vəziyyətlə əlaqədar parlamentin fövqəladə iclasını keçirmək üçün toplaşıb: "Amma mövcud şərait buna imkan vermədi. 7 dəfə ard-arda atılan bombalar nəticəsində binada ciddi dağıntılar var. Türkiyə Böyük Millət Məclisinin tarixində bu görülməmiş hadisədir. Buna baxmayaraq, digər müxalifət partiyalarının təmsilçiləri də daxil olmaqla baş vermiş hadisələrlə bağlı müzakirələrimizi davam etdiririk".

L.Gök bəyan edib ki, təmsil etdiyi Cümhuriyyət Xalq Partiyası hər zaman ölkədə demokratiyanı dəstəkləyib: "Türkiyə yalnız demokratiya yolu ilə inkişaf edə bilər. Partiya bu prinsipi pozmağa çalışanlara qarşı sərt mövqeyini bildirir".

Son xəbərlər

Orphus sistemi