Türkiyə Azərbaycana yeni hərbi attaşe təyin edib

Türkiyə Azərbaycana yeni hərbi attaşe təyin edib General-mayor İhsan Başbozkurt qarşıdakı həftələrdə Bakıya gələrək vəzifəsinin icrasına başlayacaq
Xarici siyasət
6 Avqust , 2015 13:24
Türkiyə Azərbaycana yeni hərbi attaşe təyin edib

Bakı. 6 avqust. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələrinin Azərbaycana yeni hərbi attaşesi təyin edilib.

Türkiyənin Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, bu vəzifəyə general-mayor İhsan Başbozkurt təyin olunub.

Xəbərə görə, hazırda Urfada briqada komandiri olan İ.Başbozkurt qarşıdakı həftələrdə vəzifəsinin icrasına başlayacaq. Bu vəzifədə o, general-leytenant Həsən Nevzat Taşdeleri əvəz edəcək.

İ.Başbozkurt Türkiyənin Naxçıvanla sərhəddə olan Qars şəhərində anadan olub. O, Azərbaycan dilində də danışa bilir.

Xatırladaq ki, prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə keçirilən və Türkiyə ordusunun yeni rəhbərliyini müəyyənləşdirən Yüksək Hərbi Şuranın qərarına əsasən, iki ildir Türkiyənin Azərbaycandakı səfirliyinin hərbi attaşesi olan general-mayor Həsən Nevzat Taşdelerin rütbəsi artırılıb və o, hərbi attaşe vəzifəsindən geri çağırılıb. General-leytenat rütbəsini alan H.N.Taşdeler İstanbuldakı Hərbi Akademiyalar Komandanlığının qərargah rəisi vəzifəsinə təyin olunub. O, bundan sonra Türkiyə komandirlərinin hazırlanmasında iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi