Ekspert: Əgər "Türk axını" həyata keçərsə, Cənubi Qafqazda reallıqlar çox dəyişə bilər

Ekspert: Əgər "Türk axını" həyata keçərsə, Cənubi Qafqazda reallıqlar çox dəyişə bilər Bu cür ekspert qiymətləri Rusiyadan çox onun yaxın tərəfdaşlarına siyasi təzyiq göstərmək üçün nəzərdə tutulub
Xarici siyasət
13 Dekabr , 2014 10:53
Ekspert: Əgər Türk axını həyata keçərsə, Cənubi Qafqazda reallıqlar çox dəyişə bilər

Bakı. 13 dekabr. REPORT.AZ/ BMT-nin ekspert qiymətləri Rusiyanın yaxın tərəfdaşlarına siyasi təzyiq göstərmək üçün nəzərdə tutulub. Bu barədə "Report"a müsahibəsində rusiyalı ekspert,  Avrasiya İqtisadi Əməkdaşlıq İnstitutunun siyasi analitiki Nadana Fridrixson qərb sanksiyaları nəticəsində Rusiyada yaxın zamanlarda böhran və durğunluğun olacağına dair  BMT ekspertlərinin hesabatını şərh edərkən bildirib.

"Siyasətdaxili reallıqda bu gün gördüyümüz vəziyyətə əsasən Rusiyaya asan olmayacaq. Lakin bu cür hesabatları obyektiv fikir kimi qiymətləndirmək olmaz - informasiya müharibəsi gedir", - N.Fridrixson qeyd edib. 

"Aydındır ki, bu cür ekspert qiymətləri  siyasi təzyiq göstərmək üçündür, Rusiyadan çox onun yaxın tərəfdaşlarına qarşı yönəlib. Mən Belarus və Qazaxıstanı nəzərdə tuturam", - ekspert vurğulayıb.

O NATO-nun yeni baş katibi Yela Stoltenberqin Alyansın yeni hədəfləri çərçivəsində strukturun Qazaxıstana diqqətini artırmaq niyyəti haqqında bəyanatını xatırladıb. 

"Bu bütün Avrasiya layihəsinə qarşı açıq-aydın düşməncəsinə çıxışdır", - N.Fridrixson bildirib.

 "Türk axını" layihəsinin həyata keçirilməsinin ehtimalı haqqında məsələni şərh edərkən, siyasi analitik qeyd edib ki, R.T.Ərdoğana Rusiya ilə əməkdaşlıq əvəzinə Avropa İttifaqına üzv olmaq təklifindən ən radikal metodlara qədər güclü təzyiqlər göstəriləcək. 

"Lakin bu sözləşmə həyata keçərsə, Cənubi Qafqaz və Yaxın Şərqdə reallıqlar kəskin şəkildə dəyişə bilər", - o vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi