ATƏT rəsmiləri Xədicə İsmayılın azadlığa buraxılmasını alqışlayıblar

ATƏT rəsmiləri Xədicə İsmayılın azadlığa buraxılmasını alqışlayıblar Beynəlxalq təşkilat rəsmiləri bunun çox gözəl addım olduğunu bəyan ediblər
Xarici siyasət
26 May , 2016 03:51
ATƏT rəsmiləri Xədicə İsmayılın azadlığa buraxılmasını alqışlayıblar

Bakı. 26 may. REPORT.AZ/ ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Dunya Myatoviç və Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) direktoru Maykl Georq Link "Azadlıq Radiosu"nun həbsdə olan əməkdaşı Xədicə İsmayılın azadlığa buraxılmasını alqışlayıblar.

"Report" xəbər verir ki, beynəlxalq təşkilat rəsmiləri bunun pozitiv addım olduğunu bəyan ediblər. ATƏT rəsmiləri qeyd ediblər ki, Xədicə İsmayılın azadlığa buraxılmasını alqışlayırlar. 

Qeyd edək ki, "Azadlıq Radiosu"nun həbsdə olan əməkdaşı Xədicə İsmayıl dünən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı qadın cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

Ötən gün Ali Məhkəmədə Xədicə İsmayılın kassasiya şikayətinə baxılıb. Məhkəmə X.İsmayıla 3 il 6 ay şərti həbs cəzası verilməklə azadlığa buraxılması haqda qərar qəbul edib.

Belə ki, X.İsmayıla Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri üzrə bəraət, 213.1 və 192.2.2-ci maddələri ilə 3 il 6 ay şərti həbs cəzası verilib.

Xatırladaq ki, 2014-cü ilin dekabrında həbs edilən X.İsmayıl Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan X.İsmayıl apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində şikayət təmin edilməyib.

Son xəbərlər

Orphus sistemi