Bakı. 9 iyun. REPORT.AZ./ Tel-Əvivin mərkəzində terror aktında ölənlərdən biri vaxtilə Azərbaycandan İsrailə köçən şəxsdir.
"Report" "Izrus"a istinadən xəbər verir ki, Tel-Əvivdə terror aktında ölən 32 yaşlı Mila Mişiyeva 25 il əvvəl valideynləri ilə Azərbaycandan İsrailə köçüb.
O, sabah Aşkelonda dəfn olunacaq.
Xatırladaq ki, bu gecə Tel-Əvivin mərkəzində silahlı şəxslər yoldan keçənlərə atəş açıb. Terror aktı nəticəsində 4 nəfər həlak olub, ən azı 4 nəfər yaralanıb. Polis hücum edən şəxslərdən ikisini saxlayıb, onlardan biri xəstəxanaya yerləşdirilib.