Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının görüşü keçiriləcək

Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının görüşü keçiriləcək Toplantı çərçivəsində nazirlərin ikitərəfli və üçtərəfli görüşlərinin keçiriləcəyi də nəzərdə tutulub
Xarici siyasət
16 Fevral , 2016 11:38
Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının görüşü keçiriləcək

Bakı. 16 fevral. REPORT.AZ/ Fevralın 19-da Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin V üçtərəfli görüşü keçiriləcək.

"Report" xəbər verir ki, bu haqda Türkiyə Xarici İşlər Nazirliyi mətbuat xidməti məlumat yayıb.

Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Mixail Canelidzenin iştirakı ilə baş tutacaq toplantı çərçivəsində nazirlərin ikitərəfli və üçtərəfli görüşlərinin keçiriləcəyi də nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi