Tbilisidə ATƏT PA-nın 25-ci illik sessiyasının son plenar iclası keçirilib

Tbilisidə ATƏT PA-nın 25-ci illik sessiyasının son plenar iclası keçirilib Azay Quliyev qurumun fəaliyyətinin effektivliyinin artırılmasını təklif edib
Xarici siyasət
4 İyul , 2016 17:43
Tbilisidə ATƏT PA-nın 25-ci illik sessiyasının son plenar iclası keçirilib

Tbilisi. 4 iyul. REPORT.AZ/ Tbilisidə ATƏT-in Parlament Assambleyasının 25-ci illik sessiyasının son plenar iclası keçirilib.

“Report"un Gürcüstan bürosu xəbər verir ki, toplantıda Azərbaycan nümayəndə heyətinin üzvü Azay Quliyev qurumun fəaliyyətinin effektivliyinin artırılması məqsədi ilə konkret təkliflərlə çıxış edib.

Milli Məclisin deputatı bildirib ki, pan-Avropa təhlükəsizlik sistemi özünün çətin vaxtlarını yaşayır: "Bəzən əvvəlcədən görünməyən çətinliklər və problemlər regionu təhdid edir və müəyyən dərəcədə ATƏT-in fəaliyyəti dövründə bir neçə on illiklər ərzində əldə olunan uğurları zərbə altına qoyur. Bu çətin zamanda məlumatlandırmanın artırılması, inkişaf etmiş və hərtərəfli əməkdaşlıq və qarşılıqlı inam müasir çətinliklər və problemlərə kollektiv mücadilə üçün əsas şərt olmaqda davam edir. ATƏT-PA dövlətlər arasında inam və etibarın artırılması və ümumi maraqlar naminə əməkdaşlığın inkişaf etdirilməsi üçün olduqca önəmli bir platformadır".

Onun sözlərinə görə, belə həlledici bir zamanda yeni siyasət, dəyişiklik və yanşamalara ehtiyac var: "Bu mənada ATƏT PA-ın effektivliyinin artırılması üçün cəhdlər edilməlidir. Kollektiv maraqlar və hədəflər təşkilatda dərinləşməkdə olan çoxsaylı problemlərlə ayaqlaşmaqla bu prosesə bələdçilik etməlidir. Bu mübarizədə ATƏT PA regionumuzu təhdid edən terrorizm, transmilli cinayətkarlıq, uzun sürən münaqişələr, miqrasiya, qaçqın və məcburi köçkün, insan alveri, ekoloji tənəzzül və yoxsulluq kimi problemlərin həllində daha çox iştirakçı rolu oynamalıdır. Biz zamanında reaksiya verməli və təşkilatımızın istifadəsində olan bütün mümkün imkanlardan istifadə etməliyik".

A.Quliyev ATƏT PA-nın fəaliyyətinin təkmilləşməsi və problemlərin həlli üçün təkliflər irəli sürüb: "Sadaladığım problemlər və prioritetlərə bağlı parlamentlərarası dialoq inkişaf etdirilməli, bütün iştirakçı dövlətlərə təsir edən hazırkı problemlərin effektiv idarə olunmasına istiqamətlənən Helsinki prinsiplərinə hörmət üzərində qurulmuş iştirakçı dövlətlər arasında inam və etimad möhkəmləndirilməlidir. Bundan başqa, qərəzli və selektiv yanaşmaların, coğrafi üstünlüklərin və ayrı-seçkiliyin qarşısı alınmalı, ATƏT-in icra strukturları və institutları arasında koordinasiyanın və əməkdaşlığın səmərəliliyi artırılmalıdır. İnanıram ki, bu istiqamətlərdə atılan konkret addımlar regionda təhlükəsizliyin və stabilliyin əldə olunmasına töhfə verəcək”.

Son xəbərlər

Orphus sistemi