Tatarıstan rəhbərinin Azərbaycana səfər proqramı açıqlanıb

Tatarıstan rəhbərinin Azərbaycana səfər proqramı açıqlanıb Rüstəm Minnixanov Bakı və Gəncəyə səfər edəcək
Xarici siyasət
13 Aprel , 2015 13:06
Tatarıstan rəhbərinin Azərbaycana səfər proqramı açıqlanıb

Bakı. 13 aprel. REPORT.AZ/ Tatarıstan prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən Rüstəm Minnixanovun Azərbaycana səfər proqramı açıqlanıb. Tatarıstan prezidentinin mətbuat xidmətindən "Report"a bildiriblər ki, R.Minnixanov bu gün axşam 2 günlük səfərlə Azərbaycana gələcək. Onun Azərbaycanın Prezidenti, eləcə də tatar icmasının nümayəndələri ilə görüşü gözlənilir.

R.Minnixanovu Tatarıstandan İş adamlarından ibarət geniştərkibli nümayəndə heyəti müşayiət edəcək. Nümayəndə heyəti Bakıda Azərbaycanla ticari münasibətlərin  möhkəmləndirilməsi məsələsini müzakirə edəcək. 

Aprelin 14-də R.Minnixanov Gəncəyə səfər edəcək. Burada o, Gəncə avtomobil zavodunda "KAMAZ" yük avtomobillərinin yığılması üzrə konveyerin işə salınmasında iştirak edəcək. 

Son xəbərlər

Orphus sistemi