​Tatarıstan rəhbəri Azərbaycanın tatar diasporu ilə görüşüb

​Tatarıstan rəhbəri Azərbaycanın tatar diasporu ilə görüşüb R.Minnixanov tatar icması rəhbərlərini mükafatlandırıb
Xarici siyasət
13 Aprel , 2015 21:54
​Tatarıstan rəhbəri Azərbaycanın tatar diasporu ilə görüşüb

Bakı. 13 aprel. REPORT.AZ/ Tatarıstan Respublikasının Azərbaycandakı daimi nümayəndəliyində Tatarıstan rəhbəri Rüstəm Minnixanovun Azərbaycanın tatar diasporu ilə görüşü olub.

"Report" xəbər verir ki, R.Minnixanov diaspor nümayəndələrini salamlayıb və tatar mədəniyyəti və ənənələrinin qorunub saxlanılması və qardaş Azərbaycan xalqı ilə dostluq münasibətlərinin möhkəmləndirilməsi naminə səmərəli iş arzu edib.

Görüşdə tatar diasporunun qabaqcıl nümayəndələri ilə yanaşı Tatarıstanın Azərbaycandakı Daimi nümayəndəsi Alfred Zakirov, "Tatar Ümumdünya Konqresi"nin İcraiyyə Komitəsinin sədri Rinat Zakirov, Tatarıstan Respublikası İnvestisiya İnkişafı Agentliyinin rəhbəri Taliya Minullina, Tatarıstan Xarici Əlaqələr Departamenti rəhbərinin müavini Marat Qatin və Tatarıstanın digər rəsmi şəxsləri iştirak ediblər.

Sonda R.Minnixanov tatar icması rəhbərlərini təşəkkür məktubu ilə mükafatlandırıb. Öz növbəsində, diaspor nümayəndələri Emin Ramazanov və Sergey Şeydullin Tatarıstan rəhbərinə  şəkillər hədiyyə ediblər.

Son xəbərlər

Orphus sistemi