Bakı. 22 iyun. REPORT.AZ/
İyunun 23-də sessiyada Azərbaycanda demokratik institutların fəaliyyəti haqqında müzakirələrin keçirilməsi planlaşdırılır. Mövzu ilə əlaqədar hesabatı AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt və Tadeuş İvinski təqdim edəcəklər.
İyunun 22-də sessiya çərçivəsində Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Tsrnadak, iyunun 23-də isə BMT baş katibi Pan Gi Mun parlamentarilər qarşısında çıxış edəcəklər. Bundan əlavə, Malta prezidenti Mari-Luiz Koleyro Prek, həmçinin Bosniya və Herseqovinanın baş naziri Mladen İvaniçin də sessiyada çıxışları gözlənilir.
Sessiya işini iyunun 26-da başa çatdıracaq.