​Sorğu: Azərbaycan əhalisinin yalnız 18%-i Gömrük İttifaqına qoşulmağın tərəfdarıdır

​Sorğu: Azərbaycan əhalisinin yalnız 18%-i Gömrük İttifaqına qoşulmağın tərəfdarıdır Gömrük İttifaqına qoşulmağın əsas tərəfdarları Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Ermənistan və Belarusdur
Xarici siyasət
24 Sentyabr , 2014 12:05
​Sorğu: Azərbaycan əhalisinin yalnız 18%-i Gömrük İttifaqına qoşulmağın tərəfdarıdır
Bakı. 24 sentyabr. REPORT.AZ/ Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə “İnteqrasiya Barometri” təşkilatı MDB ölkələrində Gömrük İttifaqına qoşulmaqla bağlı əhali arasında sorğu keçirib.

“Report”un məlumatına görə, sorğunun nəticələrinə əsasən, Tacikistan (72%) və Özbəkistan (68%) quruma üzvlüklə bağlı verilən müsbət cavablara görə siyahıya liderlik edir. Sonrakı yerdə 64%-lə Ermənistan gəlir. Azərbaycanda isə cəmi respondentlərin 18%-i Gömrük İttifaqına qoşulmağın tərəfdarıdır.

Sorğuda qeyd olunur ki, siyasi, iqtisadi və mədəni yaxınlaşma baxımından Gömrük İttifaqına daha yaxın olan Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Ermənistan və Belarusdur.

Son xəbərlər

Orphus sistemi