Sofiyada AŞPA-nın Daimi Komitəsinin iclası keçirilir

Sofiyada AŞPA-nın Daimi Komitəsinin iclası keçirilir İclasda Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edir
Xarici siyasət
27 Noyabr , 2015 11:53
Sofiyada AŞPA-nın Daimi Komitəsinin iclası keçirilir

Bakı. 27 noyabr. REPORT.AZ/ Bolqarıstanın paytaxtı Sofiyada Avropa Şurası Parlament Assambleyası (AŞPA) Daimi Komitəsinin iclası keçirilir. 

"Report" xəbər verir ki, AŞPA prezidenti Ann Brasserin sədrliyi ilə keçirilən iclasda Bolqarıstanın yaxın yarım ildə AŞ Nazirlər Komitəsində sədrliyi çərçivəsindəki prioritetləri müzakirə olunacaq. Toplantıda həmçinin noyabrın 1-də Azərbaycanda keçirilən parlament seçkilərinin müşahidəsini aparan missiyanın hesabatı da müzakirə ediləcək. 

İclasda Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edir.

Son xəbərlər

Orphus sistemi